Ermənistan parlamentində deputatlar arasında qarşıdurma - Video

ermenistan-parlamentinde-deputatlar-arasinda-qarsidurma
Oxunma sayı: 2795

Ermənistan parlamentinin bu gün keçirilən iclası mübahisəsiz ötüşməyib.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, müxalif “Ermənistan” blokunun üzvü İşxan Saqatelyanın çıxışından sonra müzakirələr mübahisəyə çevrilib.

Məlumata əsasən, İşxan Saqatelyan öz çıxışında siyasi çoxluğu həqiqət ilə barışmağa, müxalifətin səsini boğmamağa çağırıb. 

Ölkənin parlamentin sədri Alen Simonyan millət vəkillərini sakitləşdirməyə çalışsa da, onun cəhdləri heç bir nəticə verməyib. 

O, mühafizə xidmətinin əməkdaşlarını parlamentin iclas zalına çağırıb. Parlament sədri həmçinin iclasın canlı yayımının dayandırılması ilə bağlı göstəriş verib.

Mühafizəçilər jurnalistlərin və operatorların işinə də mane olub və çəkiliş etməyə icazə verməyiblər.

Qeyd edək ki, parlementin sədri Alen Simonyan iclasın əvvəlində “Şərəfim var” blokunun millət vəkili Anna Mkrtçyanı parlamentin iclasından qovub