Ermənistan parlamenti martın 1-də başlayacaq növbəti sessiyasında prezidenti seçəcək.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, məsələnin sessiyanın gündəliyinə salınması ilə bağlı layihə Milli Məclisin fevralın 28-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Seçkilər martın 1-də deyil, 2-də və ya 3-də keçiriləcək.
Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini açıqlayıb. Əsas səbəb kimi o, dövlət başçısına xarici və daxili siyasətin fundamental proseslərinə təsir etməyə imkan verməyən lazımi səlahiyyətlərin olmadığını göstərib. Fevralın 1-dən prezidentin səlahiyyətlərini parlamentin sədri Alen Simonyan icra edir. Yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryan hakim partiyadan prezidentliyə namizəd olub. Müxalifət prezident seçkilərini boykot edir və namizəd irəli sürmək niyyətində deyil.
Son xəbərlər
Son Xəbərlər