Ermənistan parlamentinin keçmiş vitse-spikeri həbsə göndərildi

ermenistan-parlamentinin-kecmis-vitse-spikeri-hebse-gonderildi
Oxunma sayı: 2905

Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a sabiq sədr müavininin köməkçisi Qegam Petrosyan bildirib. Şarmazanov Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. O, parlamentin qanunsuz iclasını təşkil etməkdə ittiham olunur.

Keçmiş vitse-spiker ilkin olaraq 72 saat müddətində həbsdə qalacaq.