Ermənistan parlamentinin sədri Rusiyaya gedəcək

Ermənistan parlamentinin sədri Rusiyaya gedəcək
Oxunma sayı: 1416

Ermənistan parlamentinin sədri Alen Simonyan Moskvaya üç günlük səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb. 

O, Rusiya Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodindən rəsmi dəvət alıb.

Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 9-da Rusiya paytaxtına yola düşəcək.