Ermənistan polisi Paşinyanı söyən gənci axtarır

ermenistan-polisi-pasinyani-soyen-genci-axtarir
Oxunma sayı: 2183

Ermənistan polisi Baş nazir Nikol Paşinyanı söyən gənci axtarır.

“Qafqazinfo” xəbər verir ki, Ermənistanın İstintaq Komitəsinin məlumatına görə, 29 aprel 2022-ci il tarixində saat 06:30 radələrində Sayat-Nova prospektində gənc oğlan Baş naziri təhqir etməyə başlayıb.

Bundan sonra həmin gün saat 06:48-də həmin şəxsin kafelərdən birinin pəncərələrindəki şüşə və alüminium çərçivələri zədələdiyi barədə məlumat daxil olub.

Faktla bağlı cinayət işi açılıb, adı çəkilən gəncin tapılması istiqamətində tədbirlər görülür.