Ermənistan polisi Xeyrımlı yaxınlığında müxalifət fəallarını saxlamağa başlayıb

ermenistan-polisi-xeyrimli-yaxinliginda-muxalifet-feallarini-saxlamaga-baslayib
Oxunma sayı: 2135

Ermənistanın xüsusi təyinatlı polis qüvvələri delimitasiya işlərinin aparıldığı Tavuş vilayətinin Kirants (Xeyrımlı) kəndi yaxınlığında müxalifət fəallarını saxlayıb.

“Qafqazinfo” xəbər verir ki, etiraz aksiyası yerli portallar tərəfindən yayımlanır.

“Vətən naminə Tavuş” müxalifət hərəkatının tərəfdarları polisdən jurnalistlərin kəndə buraxılmasını tələb ediblər. Polis əvvəlcə bundan imtina edib, sonra müxalifətçilərə qarşı güc tətbiq edib.