Ermənistan Polisinin keçmiş rəisi aksiyada saxlanıldı - Foto

ermenistan-polisinin-kecmis-reisi-aksiyada-saxlanildi
Oxunma sayı: 1998

Bu gün Ermənistanın paytaxtı İrəvanda yenidən hökumət əleyhinə etiraz aksiyası keçirilir.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, aksiya zamanı polis və etirazçılar arasında toqquşma baş verib.

14:00-a olan məlumata görə, polis 48 etirazçını saxlayıb.

Bununla yanaşı, aksiya zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan Polisinin keçmiş rəisi Valeri Osipyanı saxlayıb. Polislər onu bölməyə aparmağa cəhd etdikdə digər aksiya iştirakçıları buna mane olub. Lakin daha sonradan polis Osipyanı saxlaya bilib.

Qeyd edək ki, Valeri Osipyan 2018-ci ildə ölkədə baş verən “Məxməri inqilab”dan sonra Ermənistan polisinin rəisi vəzifəsinə təyin olunmuşdu. Lakin o, bu vəzifədə il yarım çalışıb.

Xatırladaq ki, Ermənistanda aprelin sonundan etibarən ölkənin Baş naziri Nikol Paşinyana qarşı aksiyalar təşkil edilir. Etirazçılar Paşinyanın və cari hökumətin istefasını tələb edirlər. Müxalifət nümayəndələri aksiyalar zamanı İrəvanda küçələri və vilayətlərdə avtomobil yollarını bağlayırlar.