Ermənistan prezidenti Rusiyaya getdi

ermenistan-prezidenti-rusiyaya-getdi
Oxunma sayı: 2856

Ermənistan prezidenti Armen Sarkisyan bu gün Rusiyaya qeyri-rəsmi səfər edib.

“Qafqazinfo”nun “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Onun Rusiyadakı erməni diasporunun nümayəndələri ilə görüşəcəyi bildirilib.