İordaniyada səfərdə olan Ermənistan prezidenti Armen Sarkisyan BMT-in baş katibi Antonio Quterrişlə görüşüb.
“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, Sarkisyanla Quterriş Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın martın 29-da Vyanada aparılan danışıqlarını müzakirə ediblər.
Ermənistan rəhbəri BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeganə beynəlxalq mandat kimi ATƏT-in Minsk qrupunun həmsədrlərinə dəstək verməsini yüksək qiymətləndirdiini deyib.
Sarkisyanla Quterriş Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin Vyana görüşünü alqışlayaraq Dağlı Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ olmadığını bildiriblər.
Son xəbərlər
Son Xəbərlər