Ermənistan proporsional seçki sisteminə keçdi

ermenistan-proporsional-secki-sistemine-kecdi
Oxunma sayı: 1591

Ermənistan Milli Məclisi ikinci və sonuncu oxunuşda Seçki Məcəlləsinə nəzərdə tutulan dəyişikliyi təsdiq edib.

“Qafqazinfo” Ermənistan mediasına istinadən xəbər verir ki, bununla da parlament seçkiləri proporsional seçki sistemi üzrə keçiriləcək.

Müvafiq dəyişikliyin lehinə 82 deputat səs verib. Partiyalar üçün baryer 5%, bloklar üçün isə 7% olduğu kimi qalıb. Daha əvvəl partiyalar üçün baryeri 4%-ə endirmək, iki partiyalı blok üçün 8%, üç partiyalı blok üçün 9%, dörd partiyalı blok üçün isə 10%-dək qaldırmaq təklif olunurdu.

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-də keçiriləcək.