“Ermənistan prosesə yenidən döndüyünü açıqlayıb” - Ceyhun Bayramov

ermenistan-prosese-yeniden-donduyunu-aciqlayib
Oxunma sayı: 2610

“Azərbaycan sülh prosesinə inanmasaydı, bunun təşəbbüskarı olmazdı”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fransalı həmkarı Ketrin Kolonna ilə birgə keçirilən mətbuat konfransında deyib.

C.Bayramov bildirib ki, Ermənistan danışıqlar prosesinə yenidən döndüyünü açıqlayıb: “Biz realist olmalıyıq, bu sadə proses deyil. Bu prosesi dəstəkləyirik və burada iştirak edəcəyik. Bu prosesin irəli aparılması üçün əlimizdən gələni etməyə hazırıq”.

Günel İbrahimova