Ermənistan Putin birliyindən çıxa bilər - “Azərbaycanın maraqları qorundu...”

ermenistan-putin-birliyinden-cixa-biler-
Oxunma sayı: 3558

Ermənistanın “Azad demokratlar” partiyasının sədri, deputat Xaçatur Kokobelyan parlamentə “Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı üzvlüyünün dayandırılması prosesinin başladılması” haqqında layihə təqdim edib.

"Qafqazinfo" Rusiya KİV-ə istinadən xəbər verir ki, belə bir qərarın qəbul edilməsinə səbəb kimi Ermənistanın bu birliyə üzv olduğu 1 il ərzində nəzərdə tutulan addımların, xüsusən də, ölkənin inteqrasiyası və rifah səviyyəsinin artırılmasının reallaşmaması göstərilib.

Əksində ötən il ərzində Ermənistanın quruma üzv ölkələrə ixracat həcmi azalıb. Bəyanatda qeyd edilir ki, Ermənistanın Aİİ-na qoşulması ölkənin izolyasiyasına və xarici investisiyaların azalmasına gətirib çıxarıb. Üzvlükdən Ermənistan təhlükəsizlik məsələsində də qazana bilmədi:

“Hərçənd ki, Aİİ-nin sazişində bunun iqtisadi birlik olduğu göstərilir, lakin bu günlərdə Azərbaycanın Ermənistana qarşı aqressiyası zamanı Aİİ üzvləri “Azərbaycanı incitməmək üçün” nazirlərin toplantısının İrəvanda keçirilməsindən imtina etdilər. Faktiki olaraq Aİİ üzvləri həmin günlərdə quruma daxil olmayan ölkənin maraqlarını qorudu. Bu, iqtisadi birlik deyil, effektsiz siyasi-iqtisadi alyansdır”.