“Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyacaq”

ermenistan-qarabagi-azerbaycanin-bir-hissesi-kimi-taniyacaq
Oxunma sayı: 5236

“Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyacaq”.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə bu gün İrəvanda keçirilən mitinqdə Ermənistanın “Milli Mühafizəkarlar Hərəkatı 5165” partiyası bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Baş nazir Nikol Paşinyanın masasında Ermənistan və Azərbaycan sərhədlərinin demarkasiyası və delimitasiyasına dair sənəd var və məzmunu gizli saxlanılır.

Qeyd edilir ki, sənəddə Azərbaycanın həyati əhəmiyyət daşıyan əraziləri, strateji kanalları və yüksəklikləri alacağı, Ermənistanın isə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyacağı ilə bağlı şübhələr var.

Bu şübhələr onunla əsaslandırılır ki, sənədi parlament və parlamentdən kənar təşəbbüslər üzə çıxara bilmir.