Ermənistan qarışdı- - 12 yaralı+Foto+Video

ermenistan-qarisdi-
Oxunma sayı: 4577


“Qafqazinfo” news.am-a istinadən xəbər verir ki, qarşıdurmalar Gümrü prokurorluğunun qarşısında qeydə alınıb. Etirazçılar erməni Avetisyan ailəsini öldürməkdə günahlandırılan Valeriy Permyakovun Ermənistana verilməsini tələb edirlər. 

Prokuror Qevork Kostanyan aksiya iştirakçılarını sakitləşdirməyə çalışsa da insanlar onun üzərinə hücum edərək, prokuroru məsələ ilə bağlı suallara cavab verməməkdə ittiham ediblər. 

Toqquşmalar nəticəsində 3 polis daxil olmaqla 12 nəfər yaralanıb. Bunu jurnalistlərə açıqlamasında tibb mənətqəsinin direktoru Armen İsaakyan bildirib. Onlardan 3 nəfərinin vəziyyəti ağır qiymətləndirilir. Həmin aksiyaçılar polislərin müdaxiləsi nəticəsində kəllə-beyin travması alıblar.  

Bundan başqa, artıq Ermənistandakı Rusiya səfirliyi üçün də təhlükə yarandığı bildirilir. Belə ki, etirazçılar səfirliyin qapı-pəncərələrini daşlamağa başlayıblar. 

Qeyd edək ki, ittihama görə, rus ordusunun əsgəri Valeriy Permyakov yanvarın 12-si 1 azyaşlı da daxil olmaqla erməni ailəsinin 6 üzvünü odlu silahdan qətlə yetirib.