Ermənistan qərargah rəisini də istefaya göndərdi

ermenistan-qerargah-reisini-de-istefaya-gonderdi
Oxunma sayı: 6849

Ermənilər tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı gedən hərbi əməliyyatlarda ard-arda məğlub olan Ermənistan hökuməti daha bir yüksək vəzifəli şəxsi istefaya göndərib. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının qərargah rəisi Qaqik Tevosyan vəzifəsindən azad edilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan MTX-nin mətbuat xidməti məlumat yayıb. Onun hansı səbəbdən istefaya göndərildiyi açıqlanmır. Tevosyanın yerinə Ermənistan MTX-nin qərargah komandirinin birinci müavini, polkovnik Arman Qasparyan təyin olunub. 

Xatırladaq ki, bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat şöbəsinin rəisi, general-mayor Ovannes Karumyan, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları komandanı Vaqinak Sarkisyan tutduqları vəzifədən azad olunublar.