“Ermənistan Qərbi Azərbaycan İcmasının hüquqlarını pozur”

ermenistan-qerbi-azerbaycan-icmasinin-huquqlarini-pozur
Oxunma sayı: 1728

“Qərbi Azərbaycan İcması Ermənistanda 1980-ci illərin sonunda qovulduğu doğma yurdlarına qayıtmaq hüququna sahibdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Asharq Al-Awsat” qəzetinə müsahibəsində deyib. 

Onun sözlərinə görə, Ermənistanın o dövrdəki demoqrafik vəziyyətinə nəzər saldıqda, müsəlmanların, xüsusilə də azərbaycanlıların geniş coğrafi regionda məskunlaşdıqlarını və yerli icma olduqlarını görmək mümkündür: “Lakin bugünkü Ermənistan monoetnik cəmiyyətdir. Qərbi Azərbaycan İcması öz vətəninə qayıtmaq hüququna sahibdir. Təəssüflər olsun ki, Ermənistan bu icmanın hüquqlarını tam olaraq pozur”.