“Ermənistan Qərbin bu təhlükəli oyununda oyuncaq olmağa hazırdır”

ermenistan-qerbin-bu-tehlukeli-oyununda-oyuncaq-olmaga-hazirdir
Oxunma sayı: 1359

“Regionda sabitliyi pozmaq və özünə təsir dairəsi yaratmaq Qərb dövlətlərinin klassik xarici siyasət alətidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Trend-in suallarını cavablayarkən UNEC-in Türk Dünyası İqtisad fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.

Onun sözlərinə görə, Qərb həmişə nüfuz yaratmaq istədiyi hər bölgədə bu siyasəti həyata keçirir.

“O bu siyasəti Yaxın Şərq, Əfqanıstan, Ukrayna kimi bir çox region və ya ölkələrdə həyata keçirib. Maraqlı tərəfi odur ki, problem dərinləşəndə ​​və ya münaqişəyə çevriləndə Qərb müvafiq bölgəni və ya ölkəni problemləri ilə baş-başa buraxıb uzaqdan seyr etməyə üstünlük verir. Çox az hallarda zəif dəstək verir. Bu dəfə həmin Qərb Ermənistan üzərindən Cənubi Qafqazda sabitliyi pozmaq üçün hərəkətə keçib.

Burada Qərb Azərbaycanla Ermənistan arasında ərazi mübahisələri və sərhədlərlə bağlı davam edən problemlərdən istifadə edərək, Cənubi Qafqazda qarşı yeni qeyri-sabitlik mühiti yaratmaqla regionda öz təsirini gücləndirməyə çalışır. Beləliklə, xüsusilə regionda böyük enerji ehtiyatlarına malik olan Azərbaycanı nəzarətdə saxlamağı, ümumilikdə İranı, Rusiyanı, Çini və Türk Dünyasını əhatəyə almağı hədəfləyir.

Ermənistan öz saxta arzuları ilə Qərbin bu təhlükəli oyununda oyuncaq olmağa hazırdır. Bununla belə, regional və qlobal konyukturaya nəzər saldıqda, Qərbin infrastrukturu yetərli olmadığı halda oynamağa çalışdığı bu oyunu qurmaqda uğur qazana bilməyəcəyi bir həqiqətdir. Hazırda regionda Rusiya, Türkiyə və Azərbaycan faktorlarına məhəl qoymayan istənilən layihə uğurlu olmayacaq. Sonda Ukrayna və Əfqanıstan kimi yük Ermənistanın üzərinə düşəcək”, - deyə M.Yüce əlavə edib.