“Ermənistan Rusiyanın hərbi bazasının ölkədə saxlanılmasında maraqlıdır”.
“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan deyib:
“Rusiyanın hərbi bazasının ölkədə saxlanılması bizim üçün vacibdir. Bu, Rusiya-Ermənistan əlaqələri üçün də vacibdir”.
Sarkisyan bazanın Ermənistan-Türkiyə sərhəddində saxlanılmasında xüsusilə maraqlı olduqlarını bildirib. O, Rusiyanı Ermənistanın “strateji və hərbi-siyasi tərəfdaşı” adlandırıb.
Nuranə
Son xəbərlər
Son Xəbərlər