“Ermənistan Rusiya tərəfindən cəzalandırılacaq”

ermenistan-rusiya-terefinden-cezalandirilacaq
Oxunma sayı: 780

“Rusiyalı politoloq və özünü prezident Vladimir Putinin yaxın çevrəsindəki ekspert kimi təqdim edən Sergey Markova inansaq, bu gün xarici işlər nazirlərinin Moskva görüşündə Ermənistan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll planına razılaşmasa, Kreml tərəfindən cəzalandırılacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə siyasi şərhçi Elxan Şahinoğlu sosial şəbəkədə yazıb. 

Onun sözlərinə görə, Markov ötən il də deyirdi ki, 2016-cı ilin sonuna qədər Ermənistan 5 rayonu boşaldacaq və azərbaycanlı məcburi köçkünlər geri dönəcəklər: “Əlbəttə, Markovun Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi alqışa layiqdir. Ancaq arzuları reallıq kimi göstərmək də yanlışdır, Azərbaycan cəmiyyətinin başının altına yastıq qoymaq lazım deyil. Bunun bizə xeyrindən çox zərəri var”. 

Günel Türksoy