“Rusiyadan Ermənistana kredit müqaviləsinə görə silah ixracatı prosesi artıq başlayıb”.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən məlumatına görə, bu barədə Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsyun Ovannisyan bildirib.
Onun sözlərinə görə, Ermənistanın Rusiyadan kreditsiz də aldığı silah növləri var: “Bizim hərbi bazada yüksək keyfiyyətli silah növləri var ki, bunu da hər dövlət əldə etmək istəyər. N yaxşı texnika Rusiyanın “BC”sidir. Bu texnika 80-ci illərə məxsusdur, heç vaxt köhnəlmir”.
Qeyd edək ki, Rusiya ilə Ermənistan arasında aprelin 15-də silah təchizatı ilə bağlı 200 milyon dollarlıq kredit müqaviləsi imzalanıb.
Son xəbərlər
Son Xəbərlər