Ermənistan Rusiyanın “Birinci Kanal”ının yayımının bərpası üçün şərtini açıqladı

ermenistan-rusiyanin-birinci-kanalinin-yayiminin-berpasi-ucun-sertini-aciqladi
Oxunma sayı: 2827

Rusiyanın “Birinci Kanalı”nın Ermənistanda yayımının bərpa olunması üçün şərt açıqlanıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiya sənayesi naziri Mxitar Ayrapetyan bildirib.

“Borc ödənildikdən dərhal sonra “Birinci Kanal” açılacaq”, - erməni nazir media yayımının bərpası üçün şərt kimi deyib.

Qeyd edək ki, ötən gün Ermənistanda “Birinci Kanal”ın yayımı dayandırılıb. Ayrapetyanın sözlərinə görə, televiziya şirkəti müqavilə öhdəliklərini yerinə yetirməyib və 2,5 aydır ki, telekanalın borcları yığılıb.