Ermənistan səfərbərlik elan etdi

ermenistan-seferberlik-elan-etdi
Oxunma sayı: 14213

Ermənistan hökuməti ölkə üzrə hərbi vəziyyət rejimi və ümumi səfərbərlik elan edib.

"Qafqazinfo" erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

"Hazırda Ermənistan hökumətinin qərarı ilə respublikada hərbi vəziyyət və ümumi səfərbərlik elan edildi", - deyə Paşinyan "Facebook" səhifəsində yazıb.