Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Sərhəd Qoşunlarına komandan təyin edilib.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın Sərəncamı ilə bu vəzifəyə Edqar Unanyan gətirilib.
O bu təyinata qədər Sərhəd Qoşunları komandanının müavini vəzifəsini icra edib. Daha əvvəl isə Ermənistan-Gürcüstan sərhədində sərhəd nümayəndəsi olub.