Ermənistan Tramp hökuməti ilə yola getməyən səfirini geri çağırır

ermenistan-tramp-hokumeti-ile-yola-getmeyen-sefirini-geri-cagirir
Oxunma sayı: 2739

Ermənistan ABŞ-dəki səfiri Lilit Makuntsu tezliklə tutduğu vəzifədən geri çağıracaq.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ermənistan KİV məlumat yayıb.

Məlumata görə, səfirin Tramp administrasiyası ilə gərgin münasibətləri var və onun işi açıq-aydın nəticə vermir.

Qeyd edək ki, Makunts bu vəzifəyə 2021-ci ilin ortalarında təyin edilib. Onun səlahiyyət müddəti bu yay başa çatır.