“Ermənistan Türkiyə ilə delimitasiya məsələsini müzakirə etmir”

ermenistan-turkiye-ile-delimitasiya-meselesini-muzakire-etmir
Oxunma sayı: 1507

“Ermənistan-Türkiyə sərhədinin delimitasiyası məsələsi gündəlikdə yoxdur”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin vitse-spikeri, ölkənin Türkiyə ilə danışıqlarda xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.

Onun sözlərinə görə, tərəflər arasında heç bir konkret sənəd müzakirə olunmur.

Xatırladaq ki, Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında növbəti görüş iyulun 1-i Vyanada keçiriləcək.