Ermənistan Türkiyə istehsalı olan məhsulların idxalını qadağan etdi

ermenistan-turkiye-istehsali-olan-mehsullarin-idxalini-qadagan-etdi
Oxunma sayı: 4832

Ermənistan hökuməti Türkiyə istehsalı olan məhsulların ölkəyə gətirilməsini qadağan edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazir aparatının məlumatında deyilir. Bildirilir ki, qərar dekabrın 31-dən qüvvəyə minəcək və 6 ay müddətinə davam edəcək.

Qeyd edək ki, daha əvvəl Türkiyə istehsalı olan malların idxalına embarqo qoyulması müzakirəyə çıxarılarkən bu qərar erməni sahibkarların etirazına səbəb olmuşdu. Onlar iqtisadi blokada şəraitində olan ölkədə sözügedən qərardan sonra sosial vəziyyətin daha da pisləşəcəyini bildirmişdilər.