“Ermənistan-Türkiyə sərhədi yayda 3-cü ölkə vətəndaşları üçün açılacaq”

ermenistan-turkiye-serhedi-yayda-3-cu-olke-vetendaslari-ucun-acilacaq
Oxunma sayı: 1335

“Ermənistan və Türkiyə sərhədinin 3-cü ölkə vətəndaşları üçün açılışı yayda planlaşdırılır”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Türkiyə ilə danışıqlarda Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.  

Onun sözlərinə görə, Ermənistan Türkiyə ilə sərhədddə “Marqara” nəzarət-buraxılış məntəqəsinin texniki təminatı ilə bağlı işlər görür.

Rubinyan qeyd edib ki, Türkiyə də sərhədin öz tərəfində olan hissəsində analoji işlər həyata keçirir. 

O, həmçinin iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların növbəti raundunun keçirilməsinin hələ planlaşdırılmadığını əlavə edib.