“Ermənistan Türkiyəyə yanaşmasına düzəlişlər etməlidir” - Qriqoryan

ermenistan-turkiyeye-yanasmasina-duzelisler-etmelidir
Oxunma sayı: 2919

“Əgər bölgənin kommunikasiyasını blokdan çıxarmaq istəyiriksə, Ermənistan Türkiyəyə yanaşmasında müəyyən düzəlişlər etməlidir və biz bu istiqamətdə işləyirik”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan televiziya verilişlərinin birində “Türkiyə artıq Ermənistan üçün düşmən dövlət deyil” sualına cavabında deyib.

“Türkiyədən heç bir təhlükənin gəlmədiyini birmənalı söyləmək səhv olardı, ancaq bölgədəki ümumi proseslər başqa imkanlar da açır”, - deyə Qriqoryan bildirib.

Onun fikrincə, müharibədən sonra regionda böyük dəyişikliklər olub, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması prosesi intensiv mərhələyə qədəm qoyub:

“Hesab edirik ki, blokdan çıxma yalnız Azərbaycana aid olmamalıdır. Daha geniş regional yanaşma lazımdır. Bunun üçün imkanların olduğunu düşünürük”.

O, hazıra Türkiyə ilə birbaşa dialoqun olmaması ilə razılaşsa da, bildirib ki, hər iki ölkənin nümayəndələrinin açıq bəyanatları bölgədə kommunikasiyaların blokdan çıxarılması ehtimalının olduğunu göstərir.