Ermənistan türməsində Cənubi Koreya vətəndaşı özünü asdı

ermenistan-turmesinde-cenubi-koreya-vetendasi-ozunu-asdi
Oxunma sayı: 1307

Ermənistandakı Armavir cəzaçəkmə müəssisəsində Cənubi Koreya vətəndaşı olan məhbus özünü asıb.

“Qafqazinfo” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, polisin işçi qrupu və Armavir bölgəsindəki istintaq komitəsi hadisə yerinə göndərilib. Hüquq-mühafizə orqanları saat 07:40 radələrində həbsxananın kameralarından birində Koreya Respublikasının vətəndaşı, 50 yaşlı Kong Canq Honun özünü asdığını müəyyən edib. Mərhumun cəsədində zorakılıq izlərinin tapılmadığı bildirilib. Müstəntiqin qərarı ilə məhkəmə tibbi ekspertiza təyin edilib.

Bildirilib ki, Koreya vətəndəşı öz ölkəsində dələduzluqda ittiham olunurdu. Hadisə ilə əlaqədar Vağarşapat polis idarəsində materiallar hazırlanır.