“Ermənistan üçün regional əməkdaşlığı seçmək vaxtı çatıb”

ermenistan-ucun-regional-emekdasligi-secmek-vaxti-catib
Oxunma sayı: 1515

“Keçmiş münaqişənin başa çatması ilə bölgədə yeni reallıqlar, sülh, sabitlik və əməkdaşlığın qurulması üçün yeni imkanlar yaranıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 105 illik yubileyinə həsr olunmuş rəsmi qəbulda çıxışı zamanı deyib.

Nazir yaranmış bu tarixi şəraitdə Azərbaycanın hər zaman olduğu kimi dialoq və sülh tərəfdarı qismində çıxış etdiyini, qarşı Ermənistan tərəfi üçün isə ərazi iddiaları yerinə regional əməkdaşlığı seçmək vaxtının gəlib çatdığını qeyd edib.