Ermənistan üzərində tarixi qələbə - “Neftçi”nin 20 Yanvar dönüşü+Video

ermenistan-uzerinde-tarixi-qelebe-
Oxunma sayı: 4641

Azərbaycanın “Neftçi” futbol klubu 20 Yanvar Milli Hüzn Günü ilə əlaqədar olaraq qısa film hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, “Ağ-qara yaddaşımız” adlı filmin əsas məzmununu 11 il əvvəl keçirilmiş matç təşkil edir.

2005-ci ilin yanvarın 19-da “Neftçi” Ermənistanın “Punik” klubu ilə qarşılaşmaq üçün Rusiyaya yollanır. Bu matç futbolçuların həyatında önəmli oyun olur, çünki həmin qələbə bütöv bir xalq tərəfindən gözlənilirdi.

“Neftçi” sözügedən oyundan 2:0-lıq qələbəylə ayrılır. Filmdə futbolçular “Punik” üzərindəki qələbənin karyeralarında əsas xətt kimi keçdiyini, heç vaxt bu matçdakı kimi həyəcan keçirmədiklərini etiraf edirlər.

Bir gün sonra - 20 Yanvarda isə idmançılarımız vətənə erməniləri məğlub etmiş əzmlə qayıdırlar...

Həmin filmi təqdim edirik: