“Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir” - Ceyhun Bayramov

“Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir”
Oxunma sayı: 604

“Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, davamlı təxribatlar törətməsi prosesə xələl gətirir”.

“Qafqazinfo” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Azərbaycan sülh gündəliyi üçün vacib addımlar atır:

“Azərbaycan 30 illik işğalın ağır nəticələrinə baxmayaraq, sülh gündəliyinin irəli aparılması üçün mühüm addımlar atır. Lakin Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, davamlı təxribatlar törətməsi prosesə xələl gətirir”.