Ermənistan vətəndaşının vurduğu 10 yaşlı azərbaycanlı öldü

ermenistan-vetendasinin-vurdugu-10-yasli-azerbaycanli-oldu
Oxunma sayı: 4227


“Qafqazinfo”nun məlumatına görə, Ermənistan vətəndaşının idarə etdiyi “Mercedes” markalı taksi avtomobili 1 saylı Sadaxlı kənd orta məktəbinin 4-cü sinif şagirdi, 10 yaşlı Əliyev Əli  Məhəmməd oğlunu vurub. Məktəbli hadisə yerində keçinib. 

Hadisə barədə APA-ya “Sadaxlı Dirçəliş İttifaqı”nın sədri Sabir Mehdiyev məlumat verib. Onun sözlərinə görə, maşın yüksək sürətlə hərəkət edib.

Hadisəni Sadaxlı 1 saylı orta məktəbin direktoru Sayad Xəlilov da təsdiqləyib.

Marneuli Rayon Bələdiyyəsinin sədri Nəbi Abdullayev isə hadisə ilə bağlı cinayət işi qaldırıldığını bildirib: “Hadisəni törədən sürücü saxlanılıb. İki-üç gün bundan əvvəl yol departamentinə məktub yazmışdıq ki, kəndin içinə tramplinlər qoyulsun. Cavab almışdıq ki, bu iş yaxın həftədə həyata keçiriləcək”.