Ermənistan xarici işlər nazirinin bütün müavinləri istefa verdi

ermenistan-xarici-isler-nazirinin-butun-muavinleri-istefa-verdi
Oxunma sayı: 1755

Ermənistan xarici işlər nazirinin bütün müavinləri istefa verib.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, istefa ilə bağlı ərizələr ötən həftə baş nazir dəftərxanasına ötürülüb.

Qeyd edək ki, mayın 27-də xarici işlər naziri Ara Ayvazyanın istefasından sonra ilk istefa ərizəsini müavin Qagik Qalaçyan verdi. Ondan sonra isə Avet Adonts, Artak Apitonyan və Armen Qevondyan istefa verdilər.