Ermənistan XİN-dən Bayramov-Mirzoyan görüşü barədə - Açıqlama

ermenistan-xin-den-bayramov-mirzoyan-gorusu-barede
Oxunma sayı: 2246

İyunun 12-si Azərbaycan və Ermənistanın XİN rəhbərləri arasında yenidən danışıqlar keçiriləcək.

“Qafqazinfo” “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan açıqlayıb. 

Onun sözlərinə görə, danışıqlar Vaşinqtonda baş tutacaq. O bildirib ki, məsələ ilə bağlı detallar daha sonra açıqlanacaq. 

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında sonuncu dəfə mayın 19-u Moskvada görüş keçirilib.