“Ermənilər Füzuli və Tərtər rayonlarındakı yaşayış məntəqələrimizi, eləcə də hərbi mövqelərimizi minomyotlardan atəşə tuturlar”.
“Qafqazinfo” xəbər verir ki, bunu virtualaz.org-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.
Onun sözlərinə görə, Azərbaycan hərbçiləri onların həmlələrini cavab atəşi ilə susdururlar.
Vaqif Dərgahlı onu da bildirib ki, gərginlik bütün cəbhə boyu qalmaqdadır.
Son xəbərlər
Son Xəbərlər