Ermənistanda 170 nəfər “donuz qripi”nə yoluxub

ermenistanda-170-nefer-donuz-qripine-yoluxub
Oxunma sayı: 965

Bu günə olan məlumata əsasən Ermənistanda 170 H1N1 virusuna (donuz qripi) yoluxma faktı qeydə alınıb.

“Qafqazinfo” oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə nazirinin müavini Vaan Poqosyan deyib.

“Xəstələrdən dördünün vəziyyəti ağırdır, onlar reanimasiyaya yerləşdiriliblər. 2015-ci ilin sonu - 2016-cı ilin əvvəllərində donuz qripindən 6 ölüm faktı qeydə alınıb”, -Poqosyan qeyd edib.