Ermənistanda 240 min dollarlıq müəmmalı itki

ermenistanda-240-min-dollarliq-muemmali-itki
Oxunma sayı: 1243

Ermənistanın Milli qalereyasında 600-dən çox eksponat müəmmalı şəkildə yoxa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın Nəzarət idarəsinin saytında məlumat yayılıb. Bildirilir ki, müəmmalı şəkildə itən 626 eksponat- rəsm əsərləri, qobelenlər, qrafik əsərlər və heykəllər 240 min dollar dəyərindədir. O da qeyd edilir ki, itən əsərlər arasında məşhur erməni rəssamı Martiros Saryanın 120 min dollarlıq rəsm işi də var. 

Hadisə ilə bağlı cinayət işi qaldırılıb, məsələ istintaq tərəfindən araşdırılır.

Aysel Kərimova