Ermənistanda 3 daşnak nazir təyin olunacaq

ermenistanda-3-dasnak-nazir-teyin-olunacaq
Oxunma sayı: 1199

Ermənistan parlamentinin Daşnaksütyun fraksiyasının rəhbəri Armen Rustamyan qurumdan olan 3 nəfərin nazir postuna təyin olunacağını bildirib.

“Qafqazinfo”nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, o deyib ki, Artsik Minasyan iqtisadiyyat naziri, Levon Mkrtçyan təhsil və elm naziri, David Lokyan isə torpaq idarəçiliyi və inkişaf naziri olacaq.

Fraksiya rəhbəri həmçinin qeyd edib ki, Qabriel Qezalyan Araqasotn vilayətinə, Ovsen Simonyan isə Şirak vilayətinə qubernator təyin olunacaq.`