Ermənistanda 4 nəfər “donuz qripi”ndən öldü

ermenistanda-4-nefer-donuz-qripinden-oldu
Oxunma sayı: 1019

Ermənistanda “donuz qripi” kimi tanınan (H1N1) virusuna yoluxanların sayı artıb.

“Qafqazinfo”nun musavat.com-a istinadən verdiyi məlumata görə, ölkənin baş infeksionisti Ara Asonyan mətbuata bildirib ki, son günlər 4 nəfər H1N1 virusundan dünyasını dəyişib.

Ermənistanın xəstəxanalarında “donuz qripi”nə yoluxmuş çoxlu sayda xəstə var. Onlardan 150-si uşaq, 120-si isə hamilə qadındır. Müalicə olunanların 8-i ağır vəziyyətdədir. Onlar süni nəfəs aparatına qoşulublar.