Ermənistanda 40 nəfər koronavirusdan ölüb

ermenistanda-40-nefer-koronavirusdan-olub
Oxunma sayı: 856

Ermənistanda son sutka ərzində koronavirusa yoluxanların sayı daha 112 nəfər artaraq 2 619-a çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.

Daha 1 nəfərin xəstəlik səbəbindən həyatını itirməsi ilə ölkə üzrə virusdan ölənlərin sayı 40-a çatıb. Bu günə qədər 1111  pasiyent sağalıb, 1462  xəstənin müalicəsi davam etdirilir. Ümumilikdə 25 800 nəfər isə koronavirus testindən keçib.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə aprelin 13-dən etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi mayın 14-dək uzadılıb.