Ermənistanda 400-dən çox koronavirus xəstəsinin vəziyyəti ağırdır

Ermənistanda 400-dən çox koronavirus xəstəsinin vəziyyəti ağırdır
Oxunma sayı: 1079

Ermənistanda koronavirusa yoluxmuş 400-dən çox pasiyentin vəziyyəti ağır və son dərəcə ağırdır.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə deyib.

“Ağır vəziyyətdə 358 pasiyent var, son dərəcə ağır vəziyyətdə isə 58 nəfərdir. 15 nəfər süni tənəffüs aparatına qoşulub”, - deyə Paşinyan bildirib.

Qeyd edək ki, Ermənistanda koronavirus epidemiyasının yayılması səbəbindən martın 16-dan iyunun 13-dək fövqəladə vəziyyət elan olunub. Ölkədə 8927 nəfər Covid-19-a yoluxub, 127 nəfər dünyasını dəyişib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi