Ermənistanda 571 nəfər koronavirusa yoluxub

ermenistanda-571-nefer-koronavirusa-yoluxub
Oxunma sayı: 1233

Ermənistanda koronavirusa yoluxanların sayı gün ərzində 39 nəfər artaraq 571-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi açıqlama yayıb.

Xəstəlik səbəbindən 3 nəfər həyatını itirib, 31 nəfər isə sağalıb.

Qeyd edək ki, Ermənistanda martın 16-dan aprelin 14-dək koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə fövqəladə vəziyyət elan olunub.