Ermənistanda 921 nəfər COVİD-19-a yoluxub

ermenistanda-921-nefer-covid-19-a-yoluxub
Oxunma sayı: 981

Ermənistanda son 24 saatda daha 40 nəfərdə koronavirusa yoluxma faktının aşkaranması ilə yoluxmaların ümumi sayı 921-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərin Nəzarəti və Profilaktikası üzrə Milli Mərkəzi açıqlama verib. Bildirilib ki, bu günə qədər xəstəlik səbəbindən 10 nəfər həyatını itirib, 138 nəfər isə sağalaraq evinə buraxılıb.

773 pasiyentin müalicəsinə davam etdiyi qeyd olunub. Onlardan 8 pasiyentin vəziyyəti ağır qiymətləndirilib.

Qeyd edək ki, Ermənistanda koronavirusun yayılması səbəbindən aprelin 14-nə qədər fövqəladə vəziyyət elan olunub.