Ermənistanda aksiyada 200 nəfər saxlanıldı - Video + Yenilənib

ermenistanda-aksiyada-200-nefer-saxlanildi
Oxunma sayı: 3230

Ermənistan polisi İrəvanda keçirilən etiraz aksiyalarının 125 iştirakçısını saxlayıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanının mətbuat xidmətindən məlumat verilib.

Etirazlar və həbslər indi də davam etdiyindən bu rəqəmin arta biləcəyi istisna deyil.

Qeyd edək ki, bu gün səhər İrəvanda müxalifət qüvvələrinin təşkil etdiyi etiraz aksiyaları yenidən başlayıb. İştirakçılar Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Aprelin 25-dən müxalifət etiraz aksiyaları keçirir.

***

Aksiyada saxlanılanların sayı artaraq 200 nəfərə çatıb.