Ermənistanda aksiyalara görə 12 cinayət işi açıldı

ermenistanda-aksiyalara-gore-12-cinayet-isi-acildi
Oxunma sayı: 1643

“Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə davam edən etiraz aksiyaları ilə əlaqədar 12 cinayət işi başlanıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“Polis əməkdaşlarının məlumatı, vətəndaşlardan daxil olan siqnallar, kütləvi informasiya vasitələrində və internet resurslarında dərc olunan yazılar əsasında ibtidai istintaq orqanları tərəfindən “döymə”, “xuliqanlıq”, “hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə” maddələri ilə cinayət işi başlanıb”, - deyə məlumatda bildirilir. 

Qeyd olunur ki, cinayət işi üzrə ümumilikdə 14 nəfərin adı çəkilir, onlardan 7-si məhkəmənin qərarı ilə həbs edilib, daha bir neçəsi barəsində isə istintaq həbs-qətimkan tədbirinin seçilməsini tələb edir.