Ermənistanda ata və 3 uşağı yol qəzasında ölüb

ermenistanda-ata-ve-3-usagi-yol-qezasinda-olub
Oxunma sayı: 1014

Ermənistanda uşaqların ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, Lernaqoq və Karakert kəndinin kəsişməsində Opel markalı avtomobillə “VAZ-2107” toqquşaraq hərəkətsiz halda olan yük maşınına çırpılıblar. Nəticədə “VAZ-2107”-nin sürücüsü və onun 7, 14, 15 yaşlı oğlanları ölüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Aysel Kərimova