Ermənistanda atışma - ölən var

ermenistanda-atisma
Oxunma sayı: 2397

Ermənistanda silahlı qruplaşmalar arasında atışma olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Bildirilib ki, hadisə Armavir əyalətində qeydə alınıb. Atışma zamanı 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, lakin onlardan biri ölüb.

Hadisə yerində avtomobillər, “Makarov” markalı tapança və qan izləri aşkar edilib.