“Ermənistanda azərbaycanlı hərbi əsirlər yoxdur” - Ayvazyan

ermenistanda-azerbaycanli-herbi-esirler-yoxdur
Oxunma sayı: 2557

“Ermənistanda azərbaycanlı hərbi əsirlər yoxdur”.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ara Ayvazyan bu gün parlamentin xarici əlaqələr komissiyasının iclasında deyib. Ayvazyan, eyni zamanda, Azərbaycanda olan erməni hərbi əsirlərin dəqiq sayını da açıqlamayıb.

“188 əsir deyilir, amma əsirlərin sayı bu rəqəmdən bir qədər fərqlidir. Lakin mən indi onu səsləndirməyəcəyəm”, - deyə Ermənistan XİN rəhbəri bildirib.