Ermənistanda azyaşlı uşaq QİÇS-ə yoluxdu

ermenistanda-azyasli-usaq-qics-e-yoluxdu
Oxunma sayı: 1206

Ermənistanda azyaşlı uşaqda HİV virusu aşkarlanıb.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bununla bağlı cinayət işi açılıb. Bu haqda Səhiyyə Nazirliyinin saytında yazılıb. Təkrar analizlərdən sonra azyaşlının QİÇS-ə yoluxduğu təsdiqlənib. Hazırda xəstəliyin müalicəsinə başlanılıb və uşaqda irəliləyiş olduğu deyilir.

İstintaq zamanı uşağın QİÇS-ə necə yoluxması araşdırılacaq və infeksiya ötürücü mənbənin tapılmasına çalışacaqlar.